Xəbər lenti

Lukaşenko erməniləri məyus etdi
Siyasət12:31 22.10.2013

Lukaşenko erməniləri məyus etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Belarus Azərbaycana silah satacaq...

“Belarusla Azərbaycan arasında heç bir qapalı məsələ yoxdur. Azərbaycana qarşıdakı səfərim çərçivəsində İlham Əliyevlə məsələlərin ən geniş spektrini müzakirə edəcəyik”. Musavat.com-un “Belta”ya istinadən verdiyi xəbərə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bu gün MDB ölkələri KİV rəhbərləri ilə görüşündə deyib.   

“Baxmayaraq ki, biz KTMT-dəyik, Azərbaycanla hərbi texniki sahədə də əməkdaşlıq edirik. Bakıda olanda biz hərbi-texniki əməkdaşlıqdan tutmuş energetika məsələlərinə kimi bütün istiqamətlər üzrə müzakirələr aparacağıq”, - deyə Belarus lideri əlavə edib.

Qeyd edək ki, Azərbaycanın hərbi texnika və silah-sursat aldığı ölkələrdən biri də Belarusdur. Bu ölkə Rusiya, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistanla birgə hərbi-siyasi qurum olan KTMT-nin üzvüdür. /musavat.com/