Xəbər lenti

Lukaşenko: "Paşinyana dedim ki, bəs niyə dilini bir yerinə gizlətmişdin?” (VİDEO)
Siyasət16:51 16.12.2018

Lukaşenko: "Paşinyana dedim ki, bəs niyə dilini bir yerinə gizlətmişdin?” (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarusun kütləvi informasiya vasitələri rusiyalı jurnalistlərlə görüşdə prezident Aleksandr Lukaşenkonun sensasion çıxışını dərc etməkdə davam edirlər. Həmin çıxışında belaruslu lider Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın Azərbaycana silahların satışı ilə bağlı narazılığına verdiyi cavab barədə danışıb.
"Putinin yanında ona dedim: Nikol, gəl, hər şeyə nöqtə qoyaq. Azərbaycanla silah ticarətində birinci yeri kim tutur? Kim? Cavab Rusiyadır. Bəs niyə dilini bir yerində gizlətmişdin? Ona de, Vladimir Vladimiroviçi tənqid et. Nədir, qorxursan?” – Lukeşanko bildirib.
Belarus prezidenti Paşinyana xatırladıb ki, Azərbaycana silah satışında ikinci yeri İsrail, üçüncü yeri isə Türkiyə tutur. "Polonez”lər də nəzərə alınarsa, yalnız dördüncü, ya da beşinci yeri Belarus tutur.
"Polonez”lər olmasa, onuncu olacağıq. Bax, niyə Belarusun üstünə hücum çəkirsən? Özününkülərə hücum edirsən ki, başqaları da anlasın? İndi sən danış, mən də susum”, - Lukaşenko əlavə edib. (virtualaz.org)