Xəbər lenti

Ülvi Qılınc "O səs Türkiyə" necə gedib, Prezidentdən aldığı gözəl cavab  və... (MÜSAHİBƏ)
Sənət08:32 22.11.2021

Ülvi Qılınc "O səs Türkiyə" necə gedib, Prezidentdən aldığı gözəl cavab və... (MÜSAHİBƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Opera və Balet Teatrının solisti, hazırda "O səs Türkiyə" müsabiqəsində iştirak edən Ülvi Qılıncın Qaynarinfo-ya müsahibəsini təqdim edirik:
- Müğənni Ülvi Qılıncın bu dəfə səsi Türkiyənin reytinqli yarışmalarından olan "O səs Türkiyə" müsabiqəsindən gəldi. İtalyanca ifa etdiyiniz "O sole mio" adlı mahnı ilə yarışmanın münsiflər heyətini cəlb edə biləcəksiniz? 
- Müsabiqəyə qatılmağım dostumun sayəsində olub. Emil adlı bir dostum var, həm hüquqşünasdır, həm də iş adamı, sənədlərimi yarışmaya gödərəndən sonra bu barədə mənə məlumat verdi. Dedi ki, müsabiqədən zənə zəng gələcək. Dedim, yəqin zarafat edir. Doğrudan da zəng gəldi, dəvət elədilər, oxudum, bəyəndilər və münsiflər heyətinin diqqətini çəkə bildim, birinci turu keçdim. Emilin belə işləri var, ona təşəkkür edirəm, mənim çox əziyyətmi çəkib. Müsabiqədə Azərbaycandan, xalqımdan dəstək gözləyirəm. Burada səhnədə olanda hiss edim ki, xalqım, millətim arxamdadır.
- Müsabiqə başa çatandan sonra Türkiyədə qalıb, fəaliyyətinizi davam etdirməyinizlə bağlı təklif gəlsə, qərarınız nə ola bilər? Türkiyədə qalmaq, yoxsa Azərbaycana dönmək?
- Əgər belə bir təklif gələrsə, onu mütləq dəyərəndirəcəyəm. Burada iş prinsipi, sistemi tam fərqlidir. Burada hər şeyi şirkət özü edir. Sən heç nəyin arxasınca qaçmırsan, ancaq icra edirsən. Dəvət alsam, qalaram. Vətən xaini deyiləm, nə də burada bir pis işim olmayıb. Dəvət gəlsə, lap yaxşı, qalıb fəaliyyətimi davam etdirərəm. Səs bizimlə qalmır, bir gün biz də bu dünyadan köçəcəyik. Dünyasını dəyişən bütün sənət adamları səsini özü ilə aparır, onlardan qalan kadrlardır, vəssalam. Səs belə bir şeydir, gərək oxuyasan ki, onu bütün dünyaya tanıdasan. 
- Azərbaycan Dövlət Opera və Balet Teatrının solistisiniz. Müsabiqəyə qatılmağınıza teatrdan hər hansı bir irad bildirilməyib ki? 
- Yox, mən teatrda müqavilə ilə işləmişəm. Hazırda müqavilə bitib, mənim üzərimdə heç bir öhdəlik yoxdur.
- Azərbaycanın sayılıb-seçilən sənət adamları artıq ölkəni tərk edir. Bu qədər sənətçinin bir ilin içində birdən-birə xarici ölkələrə köç etməsinin səbəbləri nədir? 
- Əsas bir səbəb var, Azərbaycan musiqisi bitib. Bunun da başlıca səbəblərindən biri toyxananaın efirə çıxarılmasıdır. O gün ki toyxana efirə çıxdı, onunla da Azərbaycan musiqisi bitdi. Bunu görən və bir az sənəti olanlar çalışırlar ki, tez getsinlər. İnsanlara klassik musiqi təbliğ edilib. İndi efirə baxırsan, özləri də bilmir ki, nə deyib, nə danışıb, nə oxuyurlar. Həmin musiqilər tamaşaçıya nə verir? Ona görə də ciddi musiqidən danışmağın adı yoxdur. 
- Ölkəni tərk edən sənət adamlarının bəziləri mətbuata açıqlamalarında onlara işlədiyi müəssisələrdə haqsızlıq edildiyini açıqlayıb... 
- Haqsızlıq Azərbaycan səhnəsində həmişə olub, bu gün də davam edir. Çox insan səhnəyə kafedən, toydan gəlib. Ordan gələn də acığını özündən sonra gələndən çıxr. Mənim dövlət başçısına müraciətim olub, çox da gözəl cavab gəlib. Amma çox təəssüf ki, hiyləgər insanlar mənim dövlətə müraciətimdən öz məqsədləri üçün istifadə etdilər. Özlərini elə göstərdilər ki, nəsə edirlər. Əslində isə heç nə etmədilər, məni də aldatdılar, gələn məktubları da gizlətdilər. Sabiq Mədəniyyət və Turizm naziri və əməkdaşları yalan danışdılar. 
- Sizə qarşı edilən haqsızlıqlardan sonra səhnəyə gəldiyinizə görə heyfsilənirsiniz? 
- Yox, mən xalqın sevgisini görüb oxumuşam. Tək bir nəfər üçün oxumamışam ki. Bu gün məni dəstəkləyən yenə bu xalqdır. Sənətimi bir şəxsə ayırmamşam ki, heyifsilənim. Amma dost bildiyin insanlardan xəyanət görəndə bu, çox qorxulu olur. 
- Anlaşılan odur ki, dostlarınızdan xəyanət görmüsünüz? 
- Hər birindən xəyanət görmüşəm. Elə bir şey olmayıb ki, xəyanət görməyim. İnsan oğlu xəyanətkar varlıqdır. Həyatdır, nə desən olur. Həyat insanı bir cığırla aparmır ki. Qılınc yarası sağalır, amma söz yarası yox. 
- Pandemiya opera müğənnisi üçün yəqin ki, çox çətinliklər yaratdı? 
- Bəli, çox pis, çox çətin oldu. Nə yaxşı ki, yaxşı dostlar var. Onların dəstəyi nəticəsində çətinlikləri aşa bildim. 
- Mərhum sənətkar İlhamə Quliyeva, Xumaq Qədimova ilə gözəl duetləriniz var. Hazırda belə iş birliyiniz davam edir?
- İlhamə Quliyeva ilə biz ailəvi dost olmuşuq. Mənim kliplərimdən birinə çəkilib. Xumar xanımla isə 3 duetimiz var. Maraqlı iş birliyiniz var və həmin dəvətlərdən bu gün də alıram. Amma gərək belə duetləri oxumaq da nəsib olsun. 
Bahar Rüstəmli