Xəbər lenti

M.Teatr Konyada Azərbaycanı təmsil etdi (FOTO)
Foto 10:50 24.05.2024

M.Teatr Konyada Azərbaycanı təmsil etdi (FOTO)

Müstəqil M.Teatr - "Mənim Teatrım" ölkəmizi  Türkiyə Cumhuriyyətinin Konya şəhərində keçirilən "Min nəfəs, bir səs” Beynəlxalq Teatr Festivalında təmsil edib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 21 may tarixində  teatrın yaradıcı heyəti  Ştefan Svayqın "Yad qadının məktubu” tamaşası ilə "Konya Tantavi Kültür ve Sanat Merkezi”nin səhnəsində Türkiyə tamaşaçıları və xarici ölkələrdən qatılan sənətçilər qarşısında çıxış edib.

Tamaşadan sonra Türkiyə Cümhuriyyəti Dövlət Teatrlarının baş direktoru Tamer Karadağlı tərəfindən "Teatrın festivaldakı iştirakına görə" fəxri mükafatı ilə təltif olunub.

Qeyd edək ki, məhşur avstriya yazıçısı Ş.Svayqın "Yad qadının məktubu” novellası əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rejissoru Xalq Artisti Vidadi Həsənov, bəstəkarı Röya Hüseynova, rəssamı Ülkər Əliyevadır.

Rəğbətlə qarşılanan tamaşada rolları Vidadi Həsənov (Hakim), Oksana Rəsulova (Qadın) və Ziya Ağa (Yazıçı) ifa ediblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->