Xəbər lenti

Macarıstan Azərbaycanı niyə müdafiə etdi? (ŞƏRH)
Siyasət 20:32 22.09.2023

Macarıstan Azərbaycanı niyə müdafiə etdi? (ŞƏRH)

"Bu addım Azərbaycan xarici siyasətinin növbəti uğurudur”. 

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Macarıstanın Avropa İttifaqının Qarabağdakı vəziyyətlə bağlı ümumi bəyanatına veto qoymasını şərh edərkən deyib: 

"Bakı ilə Budapeşt arasında yaxın münasibətlər mövcuddur. Macarıstan Türk Dövlətləri Təşkilatında assosiativ üzv olaraq iştirak edir. Bu ölkə digər beynəlxalq təşkilatlarda da Azərbaycanı müdafiə edən addımlar atıb. Təbii ki, Avropa İttifaqı rəhbərləri arasında da istər-istəməz ölkəmizə qərəzlə yanaşanlar var. Onlar öz qərəzli münasibətlərini vaxtaşırı büruzə verirlər. Amma hər halda Azərbaycan Macarıstan və digər dostlarına arxalanıb öz xarici siaysətini uğurla həyata keçirir”.

Q.Əlibəyli bildirib ki, aparılan məqsədyönlü fəaliyyətin nəticəsi olaraq Bakı ilə dost olan ölkələrin sayı artmaqda davam edir. 

Qeyd edək ki, Macarıstan Avropa İttifaqının Qarabağdakı vəziyyətlə bağlı ümumi bəyanatını bloklayıb. Avropa İttifaqının Xarici Əlaqələr və  Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin Azərbaycanın Qarabağda antiterror tədbirləri ilə bağlı Bakı əleyhinə qərəzli bəyanatı ilkin olaraq Aİ-nin bütün 27 ölkəsinin birgə bəyanatı olmalı idi, lakin Macarıstan buna veto qoyub. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->