Dünya 08:45 08.06.2022

Maduro bu gün Türkiyəyə işgüzar səfərə gəlir

Venesuela prezidenti Nikolas Maduro bu gün Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.

Qaynarinfo bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.

Türkiyə prezidentinin Kommunikasiya Mərkəzinin məlumatına görə, ikitərəfli münasibətlərin bütün aspektləri və iki ölkə arasında əməkdaşlığın inkişafı üzrə mümkün tədbirlər Maduronun səfəri zamanı müzakirə ediləcək.

Həmçinin bu görüşlərdə regional və beynəlxalq məsələlərin müzakirə olunacağı gözlənilir.

Qeyd edilir ki, Nikolas Maduro Türkiyəyə səfər edəcəyini dəfələrlə bəyan edib. Türkiyə ABŞ-ın Venesuelaya qarşı sərt sanksiyaları zamanı Karkas ilə əlaqə saxlayan dünyanın bir neçə ölkəsindən biri olub.

M.Arif