Xəbər lenti

Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubuna transfer olundu
İdman22:55 24.06.2025

Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubuna transfer olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin üzvü Mahir Emrelinin yeni komandası müəyyənləşib.
Apasport.az xəbər verir ki, forvard Almaniya II Bundesliqa komandası "Kayzerslautern"lə razılaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, 27 yaşlı hücumçu ilə üç illik müqavilə imzalanıb.
Mahir yeni komandasında 10 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Emreli son olaraq "Nürnberq"də çıxış edib.