DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan – Lüksemburq oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında millimizin üzvü Mahir Emreli fikirlərini səsləndirib.
Qaynarinfo xəbər verir ki, hazırda Polşa klubu "Legiya"nın formasını geyinən Emreli sabahkı oyun haqda bunları söyləyib:
"Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm. Millidə qol vura bilməməyim məni narahat edir. Amma bu, mənim istəyimdən asılı deyil. İnanın ki, hamıdan çox özüm özümdən qol gözləyirəm. Ümid edirəm ki, sabah bu tilsimi qıracağam".
Səbuhi Həsənov