Xəbər lenti

Mahirin qolu sayılmadı, "Legiya" uduzdu
İdman17:38 29.08.2021

Mahirin qolu sayılmadı, "Legiya" uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşa çempionatında VI turun oyunları keçirilib.
Qaynarinfo xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi "Legiya" "Visla"nın qonağı olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda iki qol vuraraq komandasına qrup vəsiqəsi qazandıran millimizin futbolçusu start heyətində yer almayıb. Futbolçumuz 46-cı dəqiqədə meydana çıxan Mahir 66-cı dəqiqədə qol vurub. Amma hakim VAR-a gedib və qayda pozuntusu qeydə alaraq qolu saymayıb.
Qeyd edək ki, "Legiya" 4 oyundan sonra 6 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. "Visla" isə 10 xalla 3-cü pilləni tutur.