Xəbər lenti

Makqreqor Nurməhəmmədovun olduğu avtobusa hücum etdiyi üçün cəzalandırıldı (VİDEO)
İdman12:51 09.03.2019

Makqreqor Nurməhəmmədovun olduğu avtobusa hücum etdiyi üçün cəzalandırıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrlandiyalı döyüşçü Konor Makqreqor yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun olduğu avtobusa hücum çəkdiyi üçün cəzalandırılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ona Nyu-Yorkdakı 2 kilsədə 5 gün ictimai xidmət göstərib. Konorun cəzasının konkret olaraq nə olduğu bəlli olmasa da, onun kilsədə fiziki işlə məşğul olduğu bildirilir.
Deyilənlərə görə, o, pastorla (protestant kilsəsinin keşişi) ortaq məxrəcə gəlib. Həmçinin yerli sakinlər mətbuata açıqlamalarında kilsədə Makqreqoru görəndə təəccübləndiklərini bildiriblər.
Xatırladaq ki, Makqreqor Bruklində Nurməhəmmədovun və digər döyüşçülərin olduğu avtobusa hücum etdiyi üçün Nyu-York polisi tərəfindən saxlanılmışdı. Hadisə zamanı avtobusun şüşələri qırılmış və döyüşçülərdən biri yüngül yaralanmışdı.