Xəbər lenti

Makron Azərbaycana xanım səfir təyin etdi (FOTO)
Siyasət08:56 10.11.2022

Makron Azərbaycana xanım səfir təyin etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa Azərbaycana yeni səfir təyin edib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Fransa Prezidenti Emmanuel Makron noyabrın 9-da müvafiq sərəncam imzalayıb.
Bildirilib ki, Anne Boillon bundan sonra Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərəcək.
O, bu vəzifədə Zakari Qrossu əvəzləyəcək.
A.Boillon bundan əvvəl Fransanın Avstraliyanın Sidney şəhərində baş konsulu işləyib.
Qeyd edək ki, Z.Qross 2019-cu ildən Fransanın Azərbaycandakı səfiri vəzifəsində çalışırdı. Onun ölkəmizdəki diplomatik missiyası bu ilin sentyabrında başa çatıb.