Xəbər lenti

Makron geri çəkilir: "Azərbaycana sanksiyalar tətbiq edilməməlidir"
Siyasət17:09 05.10.2023

Makron geri çəkilir: "Azərbaycana sanksiyalar tətbiq edilməməlidir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aİ Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməməlidir. 
Qaynarinfo xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin Sammiti zamanı bildirib.
Onun sözlərinə görə, sanksiyalar "xeyirli olmayacaq” və Bakı ilə dialoq aparılmalıdır. 
Xatırladaq ki, bu gün İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti sammiti işə başlayıb. Avropa Siyasi Birliyi 2022-ci ildə siyasi və strateji diskussiyalar üçün təsis edilmiş hökumətlərarası təşkilatdır. 
Sammit çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ, Almaniya və Fransa liderləri ilə görüşdə Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan Bəyanat imzalayıb.
Nizami Bağırov