Xəbər lenti

Manafovlar ailəsi Türkiyədə konsert verdi (FOTO)
Sənət12:18 23.03.2022

Manafovlar ailəsi Türkiyədə konsert verdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Bursa vilayətinin 2022-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi münasibətilə bu şəhərdə keçirilən tədbirlər çərçivəsində piano resitalı təşkil edilib.
Qaynarinfo AZƏRTAC-a istinadla xəbər verir ki, Bursa Böyükşəhər Bələdiyyəsi tərəfindən şəhərin Merinos Atatürk Konqres və Mədəniyyət Mərkəzinin "Orhanqazi Salonu”nda təşkil edilən konsertdə Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafov və Əməkdar artist, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə çıxış ediblər.
Resitalda Azərbaycan, Türkiyə və dünya klassik əsərləri səsləndirilib.
Tədbirdə, eləcə də azərbaycanlı pianoçu, Beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə tərəfindən bəstələnən "Xocalıya" əsəri ifa edilib.