
Rəsmi kursu öyrənmək üçün Mərkəzi Bankın rəsmi internet səhifəsinə daxil olduqda isə saytn texniki səbəblər üzündən açılmadığının şahidi oluruq.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə isə, 1 ABŞ dollarının rəsmi məzənnəsi fevralın ayının 24-dək, yəni bu günün sonuna qədər 1,05 manat səviyyəsində qalacaq.
“Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Həmin məzənnə 21-23 fevral tarixlərində qüvvədə qalacaq”, - deyə AMB rəsmisi bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə manatın məzənnəsi ilə bağlı kommersiya banklarına AMB tərəfindən göndərilən məktub yayılıb.