Xəbər lenti

İdman 23:40 21.11.2023

"Mançester Yunayted"in qapıçısına cinayət işi açıldı: "Həbsxanaya getməsi üçün..."

2020-ci ildə qanuni ödənişləri ödəmədiyi üçün "Mançester Yunayted"in qapıçısı Andre Onanaya qarşı vəkil Kərim Bahadır Şeker tərəfindən cinayət işi açılıb.

Qaynarinfo-nun məlumatına görə, "Qalatasaray”ın konqres üzvü və hüquqşünas Kərim Bahadır Şeker İngiltərə Premyer Liqa komandası "Mançester Yunayted ”in qapıçısı Andre Onana və daha dörd nəfər haqqında saxtakarlıq iddiası ilə cinayət işi qaldırıb. Məsələ ilə bağlı açıqlama verən vəkil, "Bu proses çərçivəsində beş nəfər haqqında cinayət işi açırıq. Bunlar Sedrik Leandre Çumbe Fankam, Dany Nounkeu, Kristian Sylvain, Onanina Nkama, Andre Onana və Fankamın anasıdır. 2020-ci ildə Sedrik Leandre Çumbe Fankam burada oğurluq etdi. O, Portuqaliya komandası "Farans"da oynayarkən telefon oğurluğu hadisəsi törədib. Bunu polis anlayıb və Maltəpə həbsxanasına göndərib. Bizim də ünsiyyətimiz məhz buradan başlayıb. Sonra "Qalatasaray"ın keçmiş futbolçusu Dany Nounkeu ilə Fankamın anası əlaqə saxlayıb və bu məhkumu necə xilas edə biləcəklərini soruşdular. Onu xilas etməyin yolları var dedim, razılığa gəldik. Bu razılaşmadan sonra Nounkeu ilə Floryadakı ticarət mərkəzində görüşdük. Onun telefonundan "Mançester Yunayted”in qapıçısı Andre Onana ilə videozəng vasitəsilə əlaqə saxladıq. Burada razılaşdığımız rəqəm 10 min dollara yaxındır. Buna həm xərclərimiz, həm də iş çərçivəsində vəkillik haqqının ödənilməsi daxildir. Hər şeydən əvvəl bir türk vətəndaşı və vəkili olaraq öz ölkəmizdə xaricilər tərəfindən aldadılmışam. Bu, acınacaqlı haldır. Proses çərçivəsində bir araşdırma apardıq. Onananı, həmçinin digər şübhəliləri ifadə verməyə çağırdıq və istintaq yekunlaşdıqdan sonra onlara qarşı dələduzluq maddəsi ilə cinayət işi açılaraq hökm çıxarıldı. Bu bizim arzumuzdur. Noyabrın 14-də Fankamla danışdıq. Bir aydan çox vaxt keçməsinə baxmayaraq hələ də ödənişimizi etməyib. Belə getsə, Onana noyabrın 29-da keçiriləcək "Qalatasaray" - "Mançester Yunayted" matçında meydana çıxa bilməyəcək. Onun saxlanılıb həbsxanaya göndərilməsi üçün əlimizdən gələni edəcəyik" - sözlərini söyləyib.
 


Şeker müsahibəsinin sonunda Onanaya müraciət edərək, "Onana, sən mənə verdiyin sözə əməl etməlisən. "Mançester Yunayted”də oynayırsan, dünya ulduzusan, futbolçusan. Bütün bunlar çərçivəsində siz öz şərəf və sədaqətinizlə bu vədə əməl etməlisiniz. Türkiyədə daxili məhkəməmizdən sonra FİFA-ya müraciət ünvanlayaraq mühakimə olunmağını tələb edəcəyik. Sübutlarımızı FİFA-ya da göndərəcəyik. Bu hadisənin "Qalatasaray” matçından əvvəl baş verməsi tamamilə təsadüfdür".

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->