Xəbər lenti

Mandatını alan İmamoğlunun ilk işi bu oldu (FOTO)
Siyasət17:51 27.06.2019

Mandatını alan İmamoğlunun ilk işi bu oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstanbulun bələdiyyə sədri vəsiqəsini təhvil alan Əkrəm İmamoğlunun ilk işi Mustafa Kamal Atatürkün portretini yenidən otağından asmaq olub.
"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 31 mart seçkilərində qələbə qazandıqdan qısa müddət sonra vəsiqəsi geri alınan İmamoğlunun idarə binasındakı otağından asdığı portret divardan endirilmişdi. Bu isə ciddi narazılığa səbəb olmuşdu.
İmamoğlu bu gün rəsmi şəkildə vəzifəsinin başına keçdikdən sonra isə yenidən portreti yerinə asıb.