Xəbər lenti

Manqurt havasına oynamadılar... (ŞEİR)
Sənət07:55 17.06.2020

Manqurt havasına oynamadılar... (ŞEİR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
QARDAŞXAN
NƏ O  YELKƏN, NƏ BU–GƏMİ
Qaraimanlıda
qara imanlılar
imanına tula bağlayan qarı imanlılar
yelkən kimi açıb tumanlarını
bağladılar qanun limanlarını...
Nə o - yelkən, nə bu - gəmi;
o - kəfəni, bu - tabutu!
Xortladı kündə-kündə kütə gedən bülleten
əcaib qəbir kimi bu gülfəsiz təndirdə.
...Canavar dadanıb.., 
heey, çoban iti,
Yenə qoyun-quzu basabas salıb.
Çığırmaq istədim, səsim çıxmadı,
Gördüm ki, canavar səsimi alıb.
Qaragül dərili papaqdan qoyub,
əcəb şən havalar çaldı aşıqlar.
Bircə quzuları sevən uşaqlar
Manqurt havasına oynamadılar.