Xəbər lenti

Maral Tahirqızı həbs həyatından danışdı
Maqazin13:21 15.06.2016

Maral Tahirqızı həbs həyatından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çox qısa bir zamanda şou-biznesdə tanınan və sosial şəbəkələrdə gündəmə çevrilən müğənni Maral Tahirqızının bu “ulduzluq” həyatı o qədər də uzun çəkmədi. 

Qaynarinfo.az xəbər verir ki , özünü “ən zil səsli müğənni” hesab edən Maral daha sonra evini əxlaqsızlıq yuvasına çevirməkdə ittiham olundu. Tahirqızı əvvəldə bu ittihamdan boyun qaçırsa da, daha sonra məhkəmə qarşısına çıxaraq həbs edildi. Artıq bir müddətdir ki, həbsdə olan Maral Tahirqızı həbs həyatının çox çətin olduğunu açıqladı: 

“Mənə ən yuksək cəza verilib. Gələndə ilk narahatlığım yatdığım çarpayı oldu. Evdəki rahat yerdən gəlib, belə yerdə yatmaq çətin idi. Həbs olunanda məni ilk olaraq Kürdəxanıda yerləşən İstintaq Təcridxanasına apardılar. Olduğum hücrədə hamı siqaret çəkirdi. Mən də iy götürmürəm. Dedim ki, zəhmət olmasa pəncərə tərəfdə çəkin. Sonra hazırda qaldığım yerə gətiriləndə xahiş etdim ki, məni siqaret çəkməyənlərin yanına aparın”.

Qaynarinfo.az