Xəbər lenti

Maral Tahirqızının işi məhkəməyə göndərilib
Maqazin09:32 09.02.2015

Maral Tahirqızının işi məhkəməyə göndərilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etməkdə ittiham olunan müğənni Maral Tahirqızı yaxın günlərdə məhkəməyə çıxarılacaq. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq açılmış cinayət işi üzrə istintaq başa çatıb.

Xətai Rayon Polis İdarəsində aparılan istintaq işi yekunlaşıb və materiallar Xətai rayon məhkəməsinə göndərilib. Artıq iş Xətai Rayon Məhkəməsində baxış üçün icraata götürülüb.

Qeyd edək ki, M.Tahirqızı Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsi ilə ittiham olunur.

Qaynar.info