Xəbər lenti

“Mardan Palace”ın ilk müştərisi məlum oldu
Ölkə13:11 10.04.2015

“Mardan Palace”ın ilk müştərisi məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Banklara olan borcuna görə hərraca çıxarıldığı deyilən azərbaycanlı iş adamı Telman İsmayılova məxsus “Mardan Palace”ın ilk müştərisi məlum olub. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Limak Holdingin idarə heyətinin rəhbəri Nihat Özdemir açıqlama verib. O, satışa çıxarılan dünyanın ən lüks oteli ilə yaxından maraqlandıqlarını etiraf edib. Artıq şirkət bununla bağlı bəzi görüşlər də həyata keçirib.

Qeyd edək ki, 1976-cı ildə inşaat məqsədi ilə yaradılan şirkətlər qrupu hazırda inşaatla yanaşı, turizm, enerji, hava limanı və liman idarəsi, qida və heyvandarlıq sektorunda da xidmət göstərir. 

Xatırladaq ki, Türkiyə mətbuatı  iş adamının ümumi borcunun 584 milyon TL-ni keçdiyini yazmışdı.  Otelin hərrac üsulu ilə  ilk satışı isə  Antalya bələdiyyəsinin 4-cü İcra Müdirliyi tərəfindən iyunun  3-də keçiriləcək.

Qaynar.info