Siyasət 12:53 27.01.2023

Mariya Zaxarova: “Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşürdü”

"Azərbaycanın İrandakı səfirliyinin mühafizəçisi şir kimi döyüşürdü”.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum anını əks etdirən videogörüntüləri şərh edərkən yazıb.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.