Xəbər lenti

Mark Zukerberq hər gün neçə milyon qazanır?
Ekonomiks04:31 25.10.2013

Mark Zukerberq hər gün neçə milyon qazanır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Onun 2012-ci ilin yekunları üzrə ümumi qazancı 2,27 milyard dollara yaxın olub

Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqin 2012-ci ilin yekunları üzrə ümumi qazancı 2,27 milyard dollara yaxın olub. Bu barədə “GMI Ratings” konsaltinq şirkəti tərəfindən hər il tərtib olunan ABŞ-ın ən yüksək əməkhaqqı alan top-menecerlərinin reytinqində bildirilir.

M.Zukerberq əməkhaqqının məbləğinə görə ikinci yeri tutan “Kinder Morgan” şirkətinin (neft-qaz kəmərləri operatoru) icraçı direktoru Riçard Kinderi geridə qoyub. Ötən il R.Kinder 1,1 milyard dollardan çox gəlir əldə edib.

Liderlər üçlüyündə “Sirius XM Radio” şirkətinin rəhbəri Mel Karmazin də yer alıb. O, il ərzində əldə olunan əməkhaqqının məbləğinə (təxminən 255 milyon dollar) görə M.Zukerberq və R.Kinderdən xeyli geri qalıb. “Apple” şirkətinin rəhbəri Tim Kuk illik 144 milyon dollarlıq əməkhaqqı ilə reytinqdə yalnız beşinci yeri tuta bilib.

“GMI Ratings” nümayəndələrinin qeyd etdiyinə görə, ötən il ABŞ-ın nəhəng korporasiyalarının top-menecerləri rekorda imza atıblar. Yüksək əməkhaqqı alan 10 idarəedici hər biri ilk dəfə olaraq 100 milyondan, ikisi isə 1 milyarddan çox vəsait əldə edib.

Qeyd edək ki, “Forbes” jurnalı tərəfindən M.Zukerberqin ümumi var-dövləti 19 milyard dollar dəyərində qiymətləndirilib. Dünyanın 400 ən varlı adamı reytinqində “Facebook” təsisçisi 20-ci yeri tutur,- “IT Expert” yazır. //ANS Press