Xəbər lenti

Marqvelaşvili sabah Bakıya gələcək
Siyasət19:56 09.03.2016

Marqvelaşvili sabah Bakıya gələcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstan prezidenti sabah IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bu barədə prezident administrasiyasından bildirilib. Məlumata görə, forumda Giorgi Marqvelaşvili hazırda fəaliyyət göstərən 70 ölkənin indiki  və sabiq prezidentlərinə müraciətlə çıxış edəcək.
Bildirilib ki, Gürcüstan prezidenti çıxışı zamanı diqqəti regiondakı çağırışlara, Qərb və Şərq münasibətlərinə, regionda Gürcüstanın da cəlb olunduğu layihələrə və işğal olunan ərazilərdəki problemlərə  yönəldəcək.   
Səfər çərçivəsində Gürcüstan prezidenti Azərbaycan prezidenti İlham Əliyev ilə görüşəcək. Onun həmçinin digər ölkələrin prezidentləri ilə təkbətək görüşləri planlaşdırılıb. (apa)
Qaynar.info