Xəbər lenti

Mart ayında hava şəraitinin sərt keçməsinə aydınlıq gətirildi
Ölkə13:10 18.03.2022

Mart ayında hava şəraitinin sərt keçməsinə aydınlıq gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu ilin mart ayı soyuq keçir. Hətta havanın temperaturu çoxillik norma göstəricilərindən 4 dərəcə aşağıdır".
Qaynarinfo xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, mart ayında müşahidə olunan sonuncu ən soyuq vaxt 2012-ci ildə qeydə alınıb: "Həmin vaxt 2.9 dərəcə şaxta qeyd alınmışdı. Həmçinin paytaxda qar örtüyü də əmələ gəlmişdi".
Xidmət rəisi vurğulayıb ki, hazırda ölkə ərazisində müşahidə olunan hava şəraiti rekord göstərici deyil: "Mart ayı hər zaman sürprizlərlə dolu olub. Hətta 2013-cü ildə Bakıda 28 dərəcə isti də qeydə alınmışdı”.