"İrəvanla Bakı arasında danışıqların yeni raundu sentyabrda baş tuta bilər".
Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan ölkənin İctimai Televiziyasına bildirib.
"Bilirsiniz ki, sonuncu görüş Moskvada olub. Sentyabrda yeni görüşlər gözlənilir", deyə səfir bildirib.
Eyni zamanda, Marukyan qeyd edib ki, Ermənistan prosesdən geri çəkilmir və sülh müqaviləsi üzərində işləməyə davam edir.
İyulun 25-də Moskvada Ermənistan, Rusiya və Azərbaycanın xarici işlər nazirləri - Ararat Mirzoyan, Sergey Lavrov və Ceyhun Bayramov arasında üçtərəfli danışıqlar keçirilib. Görüşdən sonra Lavrov bu il Rusiya, Ermənistan və Azərbaycan liderlərinin sammitini keçirməyi planlaşdırdığını açıqlayıb.
Aydın