Xəbər lenti

Masazırda dəhşətli qəza: çoxlu yaralı var - VİDEO
Ölkə16:02 09.02.2015

Masazırda dəhşətli qəza: çoxlu yaralı var - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Abşeron rayonu Masazır qəsəbəsindəki Duzlu Göl yaxınlığında dəhşətli yol qəzası baş verib. Hadisə zamanı "MAZ", "OPEL" və "Moskviç" markalı avtomobillər toqquşub. 
Aktual.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, qəza "MAZ" markalı avtomobilin sürücüsünün yol hərəkəti zamanı düzgün manevr etməməsi səbəbindən baş verib.
Nəticədə hər üç avtomobildəki sərnişinlər ağır yaralanıb. "OPEL" markalı avtomobildə olan 4 sərnişinin vəziyyəti isə daha ağır qiymətləndirilir. 
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır. 
Qaynar.info