ABŞ-ın keçmiş prezidenti Donald Tramp biznesmen və milyarder İlon Maskın prezidentlik üçün hüquqi imkanlara malik olmadığını bildirib və onu prezidentlikdən çəkildiyinə dair xəbərləri "yeni bir mistifikasiya" adlandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" məlumat
yayıb.
"Washington Post” yazır ki, Mask əslində ABŞ-ın "kölgə prezidenti" rolunu oynayır. Jurnalistlər belə nəticəyə gəliblər ki, o, federal hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsinin müzakirə prosesinə fəal müdaxilə edərək, mümkün "şatdaun" təhlükəsi yaradıb.
Arizona ştatında çıxışı zamanı Tramp bildirib ki, İlon Mask ABŞ prezidenti ola bilməz, çünki qanuna əsasən bu mümkün deyil. Səbəb isə biznesmenin başqa bir ölkədə doğulmasıdır.
Bununla yanaşı, Tramp qeyd edib ki, Mask "parlaq bir iş görüb".
20 dekabrda Tramp bəyan edib ki, əgər ABŞ-da "şatdaun" qaçınılmazdırsa, bu, elə indi baş versin. Onun sözlərinə görə, bu, "hazırkı dövlət başçısı Co Baydenin problemidir".
Alpər
Şərhlər