Xəbər lenti

Mayın 4-dən sonra karantin yumşaldılsa... – Baş infeksionist
Ölkə11:11 29.04.2020

Mayın 4-dən sonra karantin yumşaldılsa... – Baş infeksionist

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mayın 4-dən sonra koronavirus pandemiyası ilə əlaqədar rayon qeydiyyatında olan vətəndaşların Bakıya girişinə qoyulan məhdudiyyər aradan qaldırıla bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib. 
O bildirib ki, mayın 4-dən sonra bu istiqamətdə karantin yumşaldılsa, vətəndaşlar tövsiyyələrə əməl etməlidir:
"Bu, çox vacib şərtdir. Deyilən qaydalara əməl etmək lazımdır. Əlləri təmiz yuyulmalı, maskadan istifadə etməli və sosial məsafə saxlanılmalıdır. Əməl etməsək, yenidən xəstələnmə halları baş verə bilər”.
Bahar Rüstəmli