Xəbər lenti

Mayk Tayson sərnişini döyüb bu hala saldı (FOTO)
İdman06:57 23.04.2022

Mayk Tayson sərnişini döyüb bu hala saldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfsanəvi Mayk Tayson yenə qalmaqalla yadda qalıb.
Qaynarinfo xəbər verir ki, keçmiş boksçu təyyarədə sərnişinlərdən birini döyməklə gündəmə gəlib. Bu haqda "TMZ Sports" məlumat yayıb. Hadisə Taysonun San-Fransisko Beynəlxalq Hava Limanından Floridaya uçmağı planlaşdırdığı vaxt axşam saatlarında baş verib.
O, arxa oturacaqda əyləşən sərnişinlərdən birini yumruqlayıb. Buna səbəb isə həmin sərnişinin onu qıcıqlandırması olub. Bir neçə dəfə onu qıcıqlandıran sərnişin nəticədə Taysonun yumruqlarına tuş gəlib. Hadisə şahidlərinin həmin adamın içkili olduğunu bildirib.
Hadisə ilə bağlı San-Fransisko polisi araşdırmalara başlayıb.
Səbuhi Həsənov