Xəbər lenti

Maykl Karpenteri Bakıya gətirən səbəb (ŞƏRH)
Siyasət 14:00 22.10.2024

Maykl Karpenteri Bakıya gətirən səbəb (ŞƏRH)

"Karpenteri Bakıya gətirən səbəb ABŞ Prezidentinin məktubunu Azərbaycan Prezidentinə çatdırmaq olub".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov deyib.

Fərhad Məmmədov bildirib ki, məktubda da Azərbaycanla Ermənsitan arasında normallaşma prosesilə bağlı ABŞ-ın təklifləri öz əksini tapıb:
 


"Karpenter də görüşdə bu təklifləri Azərbaycan Prezidentinə çatdırıb. Nəzərə almaq lazımdır ki, ABŞ-da iki həftə sonra prezident seçkiləri keçiriləcək. Hazırkı Prezident Co Baydenin səlahiyyəti müddəti isə gələn ilin yanvarın ortalarına qədərdir. Bu mənada o çalışır ki, prezidentlik dövründə dünyanın bu hissəsində müəyyən nailiyyətlərə imza atsın. Təkliflərin nə dərəcədə Azərbaycanın maraqlarına uyğun olub-olmamasını da Azərbaycan rəsmilərinin reaksiyasından və yaxın gələcəkdə atılan addımlardan müşahidə edə biləcəyik". 

Qeyd edək ki, oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib. Görüşdə əsas müzakirə mövzusu Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi olub. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->