Xəbər lenti

Mbappe ölümlə hədələndi
İdman08:29 12.01.2022

Mbappe ölümlə hədələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PSJ-nin və Fransa millisinin ulduzu Kilian Mbappe ölümlə hədələnib.
Qaynarinfo xəbər verir ki, hadisə bu yaxınlarda baş verib.
Adı tez-tez Real Madridlə hallanan Mbappenin PSJ ilə müqaviləsi yayda bitəcək. Müqvilənin biməsinə 6 ay qalmış futbolçunun başqa klublarla danışıq aparmaq hüququna malik olması Fransa mətbuatının gündəmini zəbt edib. 
Nadir xəstəlik keçirən Kamilla adlı kiçik bir qız isə sosial şəbəkədə paylaşdığı videoda Mbappeyə səslənərək, komandada qalmasını və onu ruhlandırmağa davam etməsini istəyib.
Balaca PSJ azarkeşinin bu videosu bir sıra təhqiramiz ifadələrlə qarşılanıb. Mbappe isə hadisəyə reaksiyasız qalmayıb. O, insanların əxlaqsızlaşdığını bildirərək "Yeni ilin mübarək, mənim balaca Kamillam. Mübarizəni davam etdir, bizə bütün həyat dərslərini öyrədirsən" ifadələrini işlədib.
Mbappenin paylaşımından sonra ulduz futbolçuya ölüm təhdidi ilə dolu mesajlar gəlməyə başlayıb. Bunlardan ən diqqət çəkəni, Mbappenin böyüdüyü Parisin şimal-şərqində yerləşən Bondidən gəldi. Bir qrup xuliqan futbolçunun böyük və məşhur divar rəsminin olduğu yerə gələrək "Mbappe, sən öldün” sözlərini yazıb.
Fransada ilin ən yaxşı futbolçusu mükafatını alan fransız ulduz gələcək karyerası ilə bağlı açıqlama verərəkən hazırda Çempionlar Liqasına kökləndiyini və yaya qədər Paris klubunda qalacağını açıqlamışdı.
Cari mövsümdə PSJ-nin heyətində 26 oyun keçirən 23 yaşlı futbolçu 18 qola, 17 məhsuldar ötürməyə imza atıb.
Səbuhi Həsənov