
Bişkekdəki "Ala-Arça" dövlət iqamətgahında MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı başlayıb.
"Report" Qırğız Respublikası KİV-inə istinadən xəbər verir ki, Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Moldova və Taciksitan prezidentləri artıq Bişkekdədir.
Sammitdə ilk növbədə ərazi təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə məsələləri müzakirə edilir.
Mədəni inkişaf və iqtisadi inteqrasiya məsələləri də müzakirə ediləcək mövzulardandır.
Qaynarinfo.Az