Xəbər lenti

Məcburi köçkünlərin iştirakı ilə musiqili tədbir keçirildi
Sənət06:51 26.12.2019

Məcburi köçkünlərin iştirakı ilə musiqili tədbir keçirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzi və "Mədəniyyət” telekanalının dəstəyi ilə keçirilən bədii-musiqili yaradıcılıq tədbiri keçirilib.
Qaynarinfo xəbər verir ki, tədbirin məqsədi Qarabağın mədəni mühitinin tarixi ənənələrini və inkişaf istiqamətlərini nümayiş və təbliğ etmək, bu sahədə məcburi köçkünlərin yaradıcılıq imkanlarını artırmaq və stimullaşdırmaqdır.
Tədbirdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, hökumət təmsilçiləri, milli qəhrəmanlar, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məcburi köçkünlər iştirak ediblər.
Sonra Muğam Mərkəzinin tamaşa zalında Qarabağ muğam məktəbi yetirmələrinin konserti keçirilib.
Tədbir iştirakçıları doğma Qarabağımızın mədəni mühitinin təqdim olunduğu belə tədbirlərin bir gün işğaldan azad edilmiş yurd yerlərimizdə də keçiriləcəyinə əminliklərini ifadə ediblər.