"Mədəkiçiltmə əməliyyatından sonra Nurlan 30 kilo arıqlayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Nurlan Əzizbəylinin həyat yoldaşı Nərmin Əzizbəyli deyib.
Həyat yoldaşı bildirib ki, köklük ona əziyyət verirmiş:
"Həm ağrıları olurdu, həm də çox yaşlı görsənirdi. Bundan əlavə, öd kisəsində də problem vardı, həkimlər onun götürülməsini məsləhət bildilər. Əməliyyatı Ruslan Ağayev edib. Bu əməliyyatın keçirilməsində "Bizimləsən” proqramının əməkdaşları dəstək olub. Əməliyyat çox uğurlu keçib. İndi Nurlanın səhhəti yaxşıdır”.
Nərmin Əzizbəyli özünün də mədəkiçiltmə əməliyyatı etdirdiyini vurğulayıb.
Bahar Rüstəmli