Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lübimova rəhbərlik etdiyi idarənin Dövlət Dumasının profil komitəsi kimi "Avroviziya” Mahnı Yarışmasında iştirakının hazırlanmasına qarışmamalı olduğunu deyib.
Qaynarinfo xəbər verir ki, nazirin sözlərinə görə, bu əyləncəli tədbirinin mədəniyyətlə heç bir əlaqəsi yoxdur.
"Düşünmürəm ki, bu yarışmanın keyfiyyəti bizi narahat edir", - Lübimova bildirib.
Onun sözlərinə görə, bu, əvvəldən, 60-cı illərdə də mədəniyyətlə heç bir əlaqəsi olmayan aşağı səviyyəli bir yarışmadır.
"Bu, yarışma Avropada belə qətiyyən ehtiyac duyulmayan bir şeydir", - o əlavə edib.
Nazir Rusiyada "Avroviziya” ətrafında ajiotajı onunla izah edib ki, ruslar ənənəvi olaraq hər şeyə çox ciddi və iddialı yanaşırlar.
Alpər