Xəbər lenti

Mədəniyyət Nazirliyində yarım milyondan çox maliyyə pozuntusu aşkarlandı
Ekonomiks 12:00 22.04.2026

Mədəniyyət Nazirliyində yarım milyondan çox maliyyə pozuntusu aşkarlandı

Hesablama Palatası Mədəniyyət Nazirliyi və Nazirliyin tabeliyində olan təsərrüfat hesablı "Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) dövlət satınalmalarının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi ilə həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı bir sıra pozuntular aşakarlayıb. 

Qaynarinfo-nun məlumatına görə, nazirlikdə aparılan kənar dövlət maliyyə nəzarəti 01.01.2023-cü il tarixindən 01.09.2025-ci illəri əhatə edib. 

Təcrübə üsulunun tətbiq edilməməsi səbəbindən 2024-cü ildə kitab sərgisinin təşkili işlərinin 2023-cü illə müqayisədə baha alınması ilə nəticələnib. Həmçinin sərgilərin təşkili məqsədilə müqavilə bağlanılmış icraçı təşkilatlar tərəfindən iştirakçı qurumlardan təkrar icarə haqqı alınsa da, təkrar satış və sponsorluq hesabına yığılmış vəsaitlərdən 207,3 min manat məbləğində vəsait Nazirliyin büdcədənkənar vəsaitlərində əks olunmamış, maliyyə sənədlərində qeyd edilməmiş, uçotdan və dövlət nəzarətindən yayındırılıb. 

Əvvəlki auditlə müəyyən olunmuş digər bir nöqsan beynəlxalq və ölkə səviyyəli tədbirlərin, ümumiyyətlə mədəniyyət sahəsini əhatə edən tədbir və forumların keçirilməsi ilə bağlıdır. Belə ki, qonaqların faktiki sayının nəzərə alınmaması, eləcə də hüquqi aktlarla müəyyən edilmiş normalara riayət olunmaması və dövlət sektorunda tətbiq edilən qonorar məbləğinin nəzərə alınmaması səbəbindən bu tədbirlərin keçirilməsi zamanı 651 min manatdan artıq büdcə vəsaitinin istifadəsinə yol verildiyi bu auditlə də müəyyən olunub.

Auditin nəticələri Kollegiyada müzakirə edilib, ümumilikdə, yol verilmiş nöqsanların aradan qaldırılması üzrə 1131,0 min manat məbləğində vəsaitin müvafiq qaydada bərpa edilməsinin nəzərə alınması, qalan vəsaitin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi barədə qərar qəbul olunub.
 

Aydın
--> -->