Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Donald Tramp Vladimir Putinlə söhbətində Moskvanı zərbələrlə hədələyə bilməz. Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti danışıqlar zamanı adətən "ipək kimi” olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Medvedev X sosial şəbəkəsində ingilisdilli hesabında şərh verib.
"Tramp nəsə ağzına gələni danışıb. O, doğrudanmı "lənətə gəlmiş Moskvanı vurmaqdan” danışırdı? Əlbəttə yox. Danışıqlarda ümumiyyətlə o, ipək kimidir. Və belə sözlərə bircə cavab var: sənin lənətə gəlmiş Vaşinqtonun da vurulacaq. Ümumiyyətlə, onunla münasibətlərimiz kifayət qədər istidir”, - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini yazıb.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp iddia edib ki, Rusiya "Ukraynanı izləsə” Moskvanı vura bilər. O, bu söhbətin nə vaxt baş verdiyini dəqiqləşdirməyib. Sentyabrda o, Vladimir Putin və Volodimir Zelenskini yaxşı tanıdığını və "onları bir araya gətirə biləcəyini” söyləyib. Eyni zamanda, o, münaqişənin başlanmasına görə məsuliyyəti Ukrayna prezidenti və Baydenin üzərinə qoyub.
Nizami Bağırov
Şərhlər