Dünya 15:04 16.06.2022

Medvedevdən liderlərin Kiyev səfərinə reaksiya: "Qurbağa, qaraciyər və makaron həvəskarları..."

Rusiya Federasiyasının Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və İtaliyanın baş naziri Mario Draqinin Kiyevə səfərinə özünəməxsus tərszdə reaksiya verib.

Qaynarinfo xəbər verir ki, Rusiyanın eks-prezidenti bu barədə "Twitter"də yazıb.

"Avropalı qurbağa, qaraciyər və makaron həvəskarları Kiyevi ziyarət etməyi sevirlər. Faydaları sıfırdır. Yenə Aİ-yə qoşulacaqlarına, köhnə qaubitsalar söz verdilər, araqdan vurdular və 100 əvvəl olduğu kimi qatarla evə qayıtdılar. Və hər şey yaxşıdır”, Medvedev qeyd edib.
 


Medvedevin sözlərinə görə, "bu, Ukraynanı sülhə yaxınlaşdırmır, vaxt isə gedir". 

Nizami Bağırov