Xəbər lenti

Məhəbbət Kazımovun oğlu:
Sənət 17:59 27.01.2025

Məhəbbət Kazımovun oğlu: "Atamın dostları zəng etdi"

Bu gün Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür.
 
Sənətçinin oğlu Rəşid Kazımov Qaynarinfo-ya açıqlamasında bu gün mərhumun qəbrinin ziyarət olunduğunu bildirib: 

"Bütün ailə qəbiristanlığa getdik, atamın məzarını ziyarət etdik, Quran oxutdurduq. Ailə dostlarımız da bizimlə birlikdə idi. Oradan da birbaşa evə yollandıq, həmişəki kimi ehsan süfrəsi verdik, atamla bağlı olan xatirələrdən danışdılar. Nə qədər atamın dostları vardısa, hamısı gün ərzində bizə zəng etdi, baş sağlığı verdi. Elə bir dost yoxdur ki, bu günü bizə zəng etməsin, sağ olsunlar".
 
Qeyd edək ki, Əməkdar artist Məhəbbət Kazımov 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->