Mərhum müğənni Məhəbbət Kazımovun son arzusu həyata keçirilib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan ordusu Laçın rayonuna daxil olduqdan sonra onun repertuarında olan "Laçınım” mahnısı səsləndirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Musiqisi Məhəbbət Kazımova məxsus olan "Laçınım” mahnısını doğma yurdunda ifa etmək sənətçinin sağlığında ən böyük arzusu olub.
Bahar Rüstəmli
Şərhlər