Xəbər lenti

Məhkəmə Müsavat Partiyasının iddiasını təmin etmədi
Siyasət14:26 24.07.2015

Məhkəmə Müsavat Partiyasının iddiasını təmin etmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı sərbəst toplaşma azadlığının pozulmasına dair iddia ərizəsinə baxılıb. 

Müsavat Partiyasından APA-ya verilən məlumata görə, məhkəmə iddianı təmin etməyib.

Müsavat Partiyası qərardan apelyasiya  şikayəti veriləcəyini, son nəticədə Avropa Məhkəməsinə müraciət olunacağını bildirib.

Qeyd edək ki, Müsavat Partiyası bu il aprelin 19-da “20 Yanvar” metro stansiyasından keçmiş “Məhsul” stadionuna yürüş keçirməklə bağlı BŞİH-ə müraciət edib. BŞİH avtomobillərin hərəkətinə və insanların gediş-gəlişinə mane ola biləcəyini əsas götürərək Müsavat Partiyasının yürüş keçirməsini məqsədəuyğun hesab etməyib, aprelin 19-da “Məhsul” stadionunda mitinq keçirməklə bağlı müraciət edilərsə, bu müraciətə baxıla biləcəyini açıqlayıb. Müsavat Partiyası isə bunun razılaşmayaraq məhkəməyə müraciət edib.

Qaynar.info