Xəbər lenti

Məhkəmə Rövşən Əsgərovu cərimələdi
Ölkə08:28 30.08.2023

Məhkəmə Rövşən Əsgərovu cərimələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvanın Savelovski Məhkəməsi "Nə? Harada? Nə vaxt?” teleşousunun azərbaycanlı keçmiş oyunçusu Rövşən Əsgərovu cərimələyib.
APA TASS-a istinadən xəbər verir ki, Rövşən Əsgərov xarici agentin qaydalarını pozduğuna görə 40 min rubl cərimələnib.
Qeyd edək ki, Əsgərov 2022-ci ilin dekabrında Rusiya Federasiyasında xarici agent kimi tanınıb. Onun barəsində "nasizmin reabilitasiyası" ilə bağlı iş də araşdırılır.