Xəbər lenti

Mehriban Əliyeva paralimpiyaçı Vəli İsrafilovu təbrik etdi
Siyasət13:38 01.09.2021

Mehriban Əliyeva paralimpiyaçı Vəli İsrafilovu təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında bu gün Yay Paralimpiya oyunlarında qızıl medal qazanan idmançımızı təbrik edib.
Qaynarinfo-nun məlumatına görə, paylaşımda deyilir:
"İdmançımız Vəli İsrafilov "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti, 11-ci qızıl medalı qazandırdı. Azərbaycanın paralimpiya rekordunu yeniləmiş ən gənc çempionunu səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram".