Xəbər lenti

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
Siyasət06:04 26.06.2022

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.
Qaynarinfo xəbər verir ki, paylaşımda deyilir:
"Əziz həmvətənlər!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm! Mərdliyinizə və dözümlülüyünüzə görə çox sağ olun! Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyinizə görə sizə minnətdarıq!
Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Belə qəhrəman oğullar böyütmüş ana və ataların qarşısında baş əyir, onlara səbir diləyirəm.
Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!"