Xəbər lenti

Mehriban Əliyeva Türkiyəyə təşəkkür etdi (FOTO)
Siyasət10:29 15.04.2020

Mehriban Əliyeva Türkiyəyə təşəkkür etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyəyə təşəkkür edib.
Qaynarinfo xəbər verir ki, Mehriban Əliyeva rəsmi "Facebook” səhifəsindəki paylaşımında bunları yazıb: "Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!”
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankaranın simvolu olan "Atakule”də Türkiyə və Azərbaycan həmrəyliyini göstərmək məqsədi ilə hər iki ölkənin bayraqları rəngli işıqların və musiqinin müşayiəti ilə dalğalandırılıb. 
Qüllənin zirvəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət!”, ardınca isə "Can Azərbaycana sevgilərlə” ifadələri rəngli işıqların fonunda yer alıb. 
Bundan öncə, aprelin 11-də isə Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türkiyə və Azərbaycan bayraqları birlikdə görüntülənib. 
View this post on Instagram

Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun! ⠀ Выражаю глубокую благодарность братской Турции! Наши страны всегда рядом друг с другом – и в радостные дни, и в дни испытаний. В этом наше единство, наша сила! Желаю нашим народам крепкого здоровья, нашим странам - мира и благополучия! Пусть Всевышний хранит наш мир!

A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) on

<script async="" src="//www.instagram.com/embed.js"> //