Xəbər lenti

Mehriban Əliyevanın yeni köməkçisi Andrey Sipilin kimdir? - DOSYE
Siyasət08:24 26.12.2019

Mehriban Əliyevanın yeni köməkçisi Andrey Sipilin kimdir? - DOSYE

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçi təyin edilib.
Qaynarinfo yeniavaz.com-a istinadən xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunan Andrey Sipilin daha əvvəl "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.
Birinci vitse-prezidentinə yeni köməkçi bundan əvvəl - 2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib.  2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.