Xəbər lenti

Məktəbəhazırlıq qrupları ləğv ediləcək? (AÇIQLAMA)
Ölkə07:43 14.04.2022

Məktəbəhazırlıq qrupları ləğv ediləcək? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının ləğv edilməsi nəzərdə tutulmayıb”.
Qaynarinfo xəbər verir, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu "Təhsil masası”nda deyib.
O qeyd edib ki, hazırda həmin qrupların sayı 1-5 yaşlı uşaqları tam əhatə etmir: "Ona görə də məktəblərdə belə qrupların yaradılması məhz həmin boşluğu doldurmaq məqsədi daşıyır. Bu səbəbdən hazırda uşaqların məktəbəhazırlıq səviyyəsində əhatəliliyi 90 % civarındadır. Bağçadakı uşaqları da bura əlavə etdikdə bu göstərici təxminən 95 % olur. Odur ki, məktəblərdəki qrupların ləğvi düzgün qərar olmaz”.
V.Yaqublu həmçinin əlavə edib ki, məktəblərdə çalışan müəllimlərin bağçada işləməsi üçün məhz bu sahənin təhsilini almalıdır.