Xəbər lenti

Mələkxanım Mirkamildən danışdı: "Xəstəliyi ürəyi ilə bağlıdır..."
Maqazin16:39 17.03.2019

Mələkxanım Mirkamildən danışdı: "Xəstəliyi ürəyi ilə bağlıdır..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Mələkxanım Əyyubova qardaşı oğlu Mirkamil Kamilovla bağlı sualları cavablandırıb. 
Unikal.org-un məlumatına görə, xanəndə "X maqazində" Mirkamilin qəribə paylaşımlarını belə izah etməyə çalışıb:
"Mirkamil yaxşıdır, hər şey əladır. Mirkamil elə ailənin, nəslin adamıdır ki, səhv addım ata bilməz. Sadəcə, gəncdir. Hər bir gəncin səhvi olur. Buna səhv də demirəm, sadəcə xəstəliyi, ürəyi ilə bağlıdır. Əziyyət çəkirdi".
Qeyd edək ki, Mirkamil İnstaqram səhifəsində paylaşdıqları ilə gündəmə gəlib.