Bu gün Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin anım günüdür. Qaynarinfo xəbər verir ki, vəfatından 63 il ötən Rəsulzadə Ankaranın Cəbəci məzarlığındakı məzarı başında anılıb.
Azərbaycanın Ankaradakı səfirliyinin və Yerli Düşüncə Dərnəyinin təşkil etdiyi anım mərasimə Türkiyə prezidentinin baş müşaviri və Yerli Düşüncə Dərnəyinin fəxri prezidenti Yalçın Topçu, Azərbaycanın Ankara səfirliyi Xəzər İbrahim, AKP-nin Ordu millət vəkili Mətin Gündoğdu, sabiq millət vəkili Feyzi Berdibek, çox sayda tələbə qatılıb.
