Xəbər lenti

Məmməd İbrahimin vəsatəti təmin olundu
Ölkə12:40 19.02.2016

Məmməd İbrahimin vəsatəti təmin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Nərimanov Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəməsi davam etdirilib.
Hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən iclasda vəkil Yalçın İmanov 5 vəsatətlə çıxış edib. 
Vəkil əlavə şahidlərin, ekspertlərin məhkəmədə ifadə vermələrini istəyib. Ekspertlərlə bağlı vəsatət təmin edilib. Məhkəmənin növbəti prosesi fevralın 29-na təyin edilib.
Qaynar.info